Yuxarı

​"Bank VTB (Azərbaycan)"ın "Nərimanov" filialı mənfəətini 3 dəfə artırıb

Filialın kredit portfeli isə ilin əvvəlindən 50%-dən çox artıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu ilin 2014-cü ilin əvvəlindən "Bank VTB (Azərbaycan)"ın "Nərimanov" filialının kredit portfeli 50%-dən çox artaraq dekabrın 1-nə 11,6 mln. manat təşkil edib. Filialın kredit portfelində istehlak kreditlərinin həcmi təxminən 10 mln. manat olub. İstehlak kreditlərinin əsas hissəsi nağd (54%) və avtomobil kreditlərinin (29%) payına düşüb. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, dekabrın 1-nə filial tərəfindən kiçik sahibkarlığın inkişafına 1,7 mln. manat ayrılıb. İlin əvvəlindən kiçik biznes subyektlərinin kreditləşməsi 1,8 dəfə artıb.

"Nərimanov" filialı depozit portfeli üzrə də göstəricilərini artırıb. Dekabrın 1-nə depozit portfelinin həcmi təxminən 429 min manat təşkil edib. Həmin dövrdə filialın mənfəəti isə illik müqayisədə 2,7 dəfə artaraq 1,2 mln. manat olub.

Qeyd edək ki, "Bank VTB (Azərbaycan)"ın "Nərimanov" filialı 11 dekabr 2012-ci ildə açılıb və bu günlərdə fəaliyyətinin 2-illiyini qeyd edib. Filial həm fiziki, həm də hüquqi şəxslərə geniş spektr bank xidmətləri təqdim edir.

Xatırladaq ki, “Bank VTB (Azərbaycan)” ASC “Bank VTB” ASC-nin törəmə bankıdır. Bankın səhmdarları qismində "Bank VTB" ASC və "AtaHolding" ASC çıxış edir. "Bank VTB (Azərbaycan)" ASC əsasən korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi