"Bank Melli İran-Bakı"da kreditlərin 40%-nin ödəniş vaxtı keçib

"Bank Melli İran-Bakı"da kreditlərin 40%-nin ödəniş vaxtı keçib Bankın aktivləri ilin əvvəlindən 11% artıb
Maliyyə
6 Avqust , 2015 13:59
Bank Melli İran-Bakıda kreditlərin 40%-nin ödəniş vaxtı keçib

Bakı. 6 avqust. REPORT.AZ/ "Bank Melli İran"ın Bakı filialının aktivləri 2015-ci ilin əvvəlindən 11% artaraq iyulun 1-nə 84,8 mln. manata çatıb. Bunun 27%-i nağd pul vəsaitləri və digər banklardakı müxbir hesabların payına düşüb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, cari il iyulun 1-nə Bankın kredit portfeli 13,1 mln. manat təşkil edib ki, bunun da 40,4%-nin və ya 5,279 mln. manatının ödəniş vaxtı keçib. Bildirək ki, cari ilin birinci rübün sonuna bu göstərici müvafiq olaraq 48,02% və ya 5,243 mln. manat olub. Kreditlərin 7,5 mln. manatını və ya 57,7%-ni şəxsi, ailəvi və digər məqsədlər üçün fiziki şəxslərə verilən kreditlər əhatə edib.

Hesabata əsasən, cari ilin iyulun 1-nə "Bank Melli İran-Bakı"nın nizamnamə kapitalı 51,4 mln. manat, məcmu kapitalı 51,6 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi