Yuxarı

​"Bank Melli İran-Bakı" nizamnamə kapitalını 51,434 mln. manata çatdırıb

Bununla bank AMB-nin kapitalla bağlı minimal tələbini yerinə yetirib

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən "Bank Melli İran-Bakı"nın nizamnamə kapitalı 51 433 671,44 manata çatdırılıb. Bankın baş ofisindən "Report"a verilən məlumata görə, bu il ərzində "Bank Melli İran"ın baş idarəsi tərəfindən əlavə artım edilib.

"Bununla da bank Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalının, habelə xarici bankların yerli filialları üçün məcmu kapitala bərabər tutulan vəsaitin 50 mln. manat həddinə çatdırılması ilə bağlı Mərkəzi Bankın tələbinin yerinə yetirmiş olub", - bankın Bakı ofisindən bildirilib.

Xatırladaq ki, "Bank Melli İran" 87 ildir fəaliyyət göstərir, 3 300 filialı və 43 000 işçisi var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi