“Bank Melli İran”ın Bakı filialı əmanət qəbulu şərtlərini dəyişib

“Bank Melli İran”ın Bakı filialı əmanət qəbulu şərtlərini dəyişib Bakı. 21 yanvar. REPORT.AZ/ “Bank Melli İran”ın Bakı filialı ABŞ dolları ilə əmanət qəbulunu dayandırıb. Bu barədə “Report” Banka istinadən xəbər v...
Maliyyə
21 Yanvar , 2017 12:52
“Bank Melli İran”ın Bakı filialı əmanət qəbulu şərtlərini dəyişib

Bakı. 21 yanvar. REPORT.AZ/ “Bank Melli İran”ın Bakı filialı ABŞ dolları ilə əmanət qəbulunu dayandırıb. Bu barədə “Report” Banka istinadən xəbər verir.

Məlumata görə, filial həmçinin Azərbaycan manatı ilə qəbul etdiyi əmanətlərin faiz dərəcələrini kəskin artırıb. Belə ki, hazırda “Bank Melli İran”da 1 il müddətinə milli valyutada yerləşdirilmiş əmanətlərin gəlirliliyi, faizlərin aylıq və yaxud müddətin sonunda ödənilməsindən asılı olaraq 8-10% təşkil edir. İndiyə qədər bu göstərici faizlərin ödənilmə tezliyindən asılı olmayaraq 1% olub.

Xatırladaq ki, "Bank Melli İran"ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 51 433 671 manatdır.

Son xəbərlər

Orphus sistemi