"Bank Melli İran-Baku" son bir ildə aktivlərini 5% artırıb

"Bank Melli İran-Baku" son bir ildə aktivlərini 5% artırıb Bakı. 13 oktyabr. REPORT.AZ/
Maliyyə
13 Oktyabr , 2017 11:00
Bank Melli İran-Baku son bir ildə aktivlərini 5% artırıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Bank Melli İran"ın Bakı filialının aktivləri illik müqayisədə 5,3% artaraq 2017-ci il oktyabrın 1-nə 93 669 547 manata çatıb. Müştərilərə verilən kreditlərin həcmi isə illik 57% azalaraq 3 625 690 manata enib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bankın öhdəlikləri ötən ilin eyni dövrü ilə müqayisədə 43% azalaraq 30 224 423 manata düşüb. Müştəri hesabları illik 8,4% artaraq 2 732 314 manat olub. Maliyyə institutları qarşısında öhdəliklərdə isə kəskin azalma qeydə alınıb - bu göstərici 47% azalaraq 26 898 478 manat təşkil edib.

Hesabat dövründə nizamnamə kapitalı 43% artaraq oktyabrın 1-nə 73 611 171 manata, cəmi kapitalı 77% artaraq 63 445 124 manata yüksəlib.

Bank cari ilin yanvar-sentyabr ayları ərzində 1 334 723 manat xalis mənfəət əldə edib. Ötən ilin eyni dövründə bu göstərici -15 375 277 manat  (zərər) olub.

Son xəbərlər

Orphus sistemi