Bakı. 8 oktyabr. REPORT.AZ/ "Bank Melli İran" Bakı filialının aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 20,97% artaraq 2018-ci il oktyabrın 1-nə 113 310 min manat təşkil edib.
“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Aktivlərin 60 367 min manatını nağd pul vəsaitləri və digər banklardakı müxbir hesabları, 3 498 min manatını müştəriləri verilmiş kreditləri əhatə edib. Hesabat dövründə bankın müştərilərə verilmiş kreditlərin həcmində 3,5% azalma qeydə alınıb.
Bankın cəmi öhdəlikləri illik 41,2% artaraq 42 682 min manata yüksəlib. Bunun da 33 069 min manatını və ya 77,5%-ni maliyyə institutları qarşısında öhdəliklər, 8 686 min manatını və ya 20,4%-ni müştəri hesabları əhatə edib.
Bankın nizamnamə kapitalı dəyişməyərək 73 611 min manat həcmində qalıb. Cəmi kapital isə 11,3% artaraq 70 628 min manata çatıb.
"Bank Melli İran Bak"ı filialı bu ilin ilk doqquz ayı ərzində 1 800 min manat xalis mənfəət əldə edib ki, bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,7% çoxdur.