Bakı. 9 fevral. REPORT.AZ/ "Bank Melli İran"ın Bakı filialı 2015-ci il ərzində aktivlərini illik müqayisədə 24,6% artıraraq 25,722 mln. manata çatdırıb.
"Report"un "Bank Melli İran-Baku"ya istinadən verdiyi xəbərə görə, Bankın müştərilərə verdiyi kreditlərin həcmi hesabat ilində 80% artaraq 2016-cı ilin əvvəlinə 10,235 mln. manat təşkil edib. Hesabat dövründə depozitlərin həcmi isə 2 dəfədən çox artaraq 2,708 mln. manata çatıb.
Hesabat ilində "Bank Melli İran-Baku"nun ticarət üçün aldığı qiymətli kağızların həcmi 5,419 mln. manat olub ki, bu da keçən ilin əvvəlinə nisbətən 39,8% azdır.
Ötən ilin yekununda Bankın maliyyə institutları qarşısında öhdəlikləri 2014-cü ilin əvvəli ilə müqayisədə artıb. Belə ki, 2015-ci il ərzində bu öhdəliklərin həcmi 90,8% artaraq 46,917 mln. manata çatıb.