Yuxarı
    Bağlamaq

    "Bank of Baku" yeni kredit kampaniyası keçirir

    Bank faizlər və aylıq ödənişləri azaldıb

    Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanın "Bank of Baku" ASC Yeni İl bayramı münasibətilə kiçik sahibkarlıqla məşğul olan şəxslər və bütün peşə sahibləri üçün güzəştli nağd pul kredit kampaniyası elan edib. “Report”un Banka istinadən verdiyi xəbərə görə, kreditləşmə kampaniyası çərçivəsində illik faiz dərəcəsində 3%-dək endirim olacaq və ilk ayların və ya müştərinin seçdiyi fərqli dövrün ödəniş məbləğinin azaldılması nəzərdə tutulub.

    Bununla yanaşı, müştəri həm faiz, həm də aylıq ödəniş məbləğini daha az miqdarda ödəyəcək. Məsələn, 10 min manat nağd kredit üzrə 2015-ci ilin aylıq ödənişləri 249 manatdan, 5 min manat nağd kredit üzrə 133 manatdan, 1 min manat nağd üzrə isə 27 manatdan başlayacaq.

    Bu kampaniyadan faydalanmaq istəyən kənd təsərrüfatı, xidmət, pərakəndə satış, öz biznesi ilə məşğul olan peşə sahibləri (dərzilər, ustalar, bərbərlər, taksi sürücüləri, repetitorlar, satıcılar və s.) "Bank of Baku"nun filiallarına müraciət edə bilər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi