Yuxarı
    Bağlamaq

    ​Bank hər 100-cü əməliyyatı etmiş müştəriyə hədiyyələr verəcək

    “DəmirTaksit” kartları pulsuz təqdim edilir

    Bakı. 8 dekabr. REPORT.AZ/ “DəmirBank” təqdim etdiyi “DəmirTaksit” kredit kartı üzrə daha bir aksiyaya başlayıb. Belə ki, 1-27 dekabr tarixləri arasında DəmirTaksit kartı ilə hər 100-cü əməliyyatı etmiş müştəriyə hədiyyələr veriləcək. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib.

    Bakı filiallarında 100-cü əməliyyatı etmiş müştərilərə "Park Cinema"dan pulsuz bilet, region fililalarında isə mobil telefon “charger” aləti veriləcək.

    Qeyd edək ki, 27 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

    Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi