Yuxarı

"Bank BTB" yeni şöbəsini açıb

Şöbə Bakı şəhərinin Nərimanov rayonunda yerləşir

Bakı. 15 mart. REPORT.AZ/ “Bank BTB” ASC Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 38, mənzil 10 ünvanında yeni şöbəsini istifadəyə verib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Yeni xidmət nöqtəsində Bankın müştəriləri müxtəlif çeşidli bank məhsulları, şərtlərlə depozit yerləşdirmək imkanı, pul köçürmələri, kommunal ödənişlər, kassa əməliyyatları və digər xidmətlərdən istifadə edə bilərlər.

Həmçinin, müştərilər onları maraqlandıran məhsul və xidmətlər barədə ətraflı məlumat ala bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi