"Bank BTB" yeni kredit kampaniyasına başlayıb

"Bank BTB" yeni kredit kampaniyasına başlayıb Banka müraciət edən kişilər, zaminsiz 1000 AZN-dək plastik kartda kredit xətti əldə edə biləcəklər
Maliyyə
9 Mart , 2017 15:30
Bank BTB yeni kredit kampaniyasına başlayıb

Bakı. 9 mart. REPORT.AZ/ "Bank BTB" ASC “Sağ-SalaMart” kredit kampaniyası keçirir. Kampaniyanın şərtlərinə görə mart ayının sonunadək banka müraciət edən kişilər, zaminsiz 1000 AZN-dək plastik kartda kredit xətti əldə edə biləcəklər.

"Report" banka istinadən xəbər verir ki, əlavə olaraq, kredit xəttinin bağlı olduğu plastik kart pulsuz təqdim olunacaq.

Kartın növü müştərinin istəyinə görə "Mastercard Standard" və ya "VISA Classic" ola bilər. Kreditin müddəti isə 12 aydır. Kredit xəttini "Bank BTB"nın bütün filiallarından əldə etmək mümkündür. 2010-cü ildən fəaliyyət göstərən "Bank BTB" baş ofisdə yerləşən Müştəri Xidməti Departamenti ilə yanaşı, 10 filial və 6 şöbə ilə müştərilərə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi