"Bank BTB" yeni kredit kampaniyasına başlayıb

"Bank BTB" yeni kredit kampaniyasına başlayıb İllik faiz dərəcəsi 30% təşkil edir
Maliyyə
5 İyun , 2017 13:48
Bank BTB yeni kredit kampaniyasına başlayıb

Bakı. 5 iyun. REPORT.AZ/ "Bank “BTB” ASC “Güzəştli tətil krediti” kampaniyasına başlayıb. İyun ayının sonunadək davam edəcək kampaniyanın əsas üstünlüyü, kredit götürən müştərilərə əsas borcun ödənilməsi üzrə 2 ay güzəştin tətbiq olunmasıdır.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, ilk 2 ayın aylıq ödənişində əsas borcun ödənilməsi tələb olunmur, yalnız faizlərin ödənişi kifayət edir.

Krediti həm nağd pul, həm də plastik kartla kredit xətti formasında da əldə etmək olar. Bu zaman "Visa Classic" və ya "Masterсard Standard" kartı müştəriyə hədiyyə olunur. Kampaniya şərtləri üzrə kreditin maksimal müddəti 24 ay, maksimal məbləği isə 3 000 manatdır. Kreditin əldə olunması üçün zamin tələb edilmir. İllik faiz dərəcəsi 30% təşkil edir.

Kampaniyadan faydalanaraq kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur. İş yerindən arayışı elektron arayış formasında da təqdim etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi