"Bank BTB" yeni kampaniya keçirir

"Bank BTB" yeni kampaniya keçirir Bakı. 18 avqust. REPORT.AZ/ "Bank “BTB” ASC yeni kredit kampaniyasına start verib. Bankdan "Report"a verilən məlumata görə, kampaniya sentyabr...
Maliyyə
18 Avqust , 2017 16:47
Bank BTB yeni kampaniya keçirir

Bakı. 18 avqust. REPORT.AZ/ "Bank “BTB” ASC yeni kredit kampaniyasına start verib. 

Bankdan "Report"a verilən məlumata görə, kampaniya sentyabrın 15-nə qədər davam edəcək. 

Kampaniya çərçivəsində nağd pul kreditləri illik 32-28%-lə deyil, 30%-lə veriləcək. Kreditin maksimal müddəti 2 il, maksimal məbləği 3 min manatdır. Zamin tələb edilmir. Müştərilər bankdan borcu xətti formasında da ala bilərlər. Bu zaman "Visa Classic" və yaxud "Masterсard Standard" plastik kartları müştəriyə ödənişsiz hədiyyə olunur.

Kampaniyadan faydalanmaq istəyənlər şəxsiyyət vəsiqəsi və iş yerindən arayışla banka yaxınlaşa bilər. İş yerindən arayışı elektron arayış formasında da təqdim etmək olar. Müştəri şəxsiyyət vəsiqəsi ilə bankın xidmət nöqtəsinə yaxınlaşıb kredit üçün müraciət etdikdə, həmin xidmət nöqtəsində müştəri üçün elektron arayış əldə olunur və bu kredit ayrılması üçün kifayət edir.

Son xəbərlər

Orphus sistemi