"Bank BTB" yeni endirim kampaniyasına başlayıb

"Bank BTB" yeni endirim kampaniyasına başlayıb Kampaniyanın müddəti iki aydır
Maliyyə
8 İyul , 2016 15:42
Bank BTB yeni endirim kampaniyasına başlayıb

Bakı. 8 iyul. REPORT.AZ/ "Bank BTB" ASC fərdi bank seyflərinin icarəsi üzrə 60%-dək endirim kampaniyasına start verib. "Report"un banka istinadən verdiyi xəbərə görə, fərdi bank seyflərinin icarəsi üzrə endirimlər 20%-dən 60%-dək təşkil edir. Kampaniyanın müddəti iki aydır.

Endirimli tariflər cədvəldə qeyd olunub və avqustun 31-dək qüvvədədir.

Seyfin ölçüləri Qiymət (AZN)
1 ay  3 ay  6 ay  9 ay  12 ay 
100 mm x 326 mm x 420 mm 10 25 45 70 90
200 mm x 326 mm x 420 mm 20 50 90 140 180
400 mm x 326 mm x 420 mm 40 100 180 280 360
600 mm x 326 mm x 420 mm 60 150 270 420 540

Qeyd edək ki, müxtəlif ölçülərdə, davamlı materiallardan hazırlanmış və təhlükəsizlik qaydalarına cavab verən fərdi bank seyfləri "Bank BTB"nin baş ofisində (Y.Səfərov küçəsi,27) yerləşir. Tətbiq olunan "iki açar prinsipi" (1 açar müştəridə və 1 açar bankda) yüksək məxfiliyi təmin edir. Müştəri və ya onun qanuni təmsilçisinin bilavasitə iştirakı olmadan heç kim fərdi bank seyfindən istifadə edə bilməz.

Son xəbərlər

Orphus sistemi