Yuxarı

“Bank BTB” SOCAR-ın işçilərinə komissiyasız kredit verir

Güzəştli və zaminsiz “Nağd pul” kreditini bank BTB-nın baş ofisindən və bütün filiallarından almaq olar

Bakı. 20 sentyabr. REPORT.AZ/ “Bank BTB” ASC 20 sentyabr - Neftçilər günü münasibəti ilə bu gündən başlayaraq oktyabrın 20-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bütün əməkdaşları üçün kampaniya keçirir. Bankdan “Report”a verilən məlumata görə, SOCAR əməkdaşları 1 ay ərzində nağd pul kreditini komissiya haqqı olmadan əldə edə biləcəklər.

Məlumatda deyilir ki, kampaniya müddətində kreditlər 3 il müddətinə, 3 min manata qədər zamin tələb olunmadan veriləcək. Kreditin maksimal məbləği 5000 manatdır.

Güzəştli və zaminsiz “Nağd pul” kreditini bank BTB-nın baş ofisindən və bütün filiallarından almaq olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi