"Bank BTB" qanvermə aksiyası keçirib

"Bank BTB" qanvermə aksiyası keçirib Bank BTB ASC fəaliyətinin 10-cu ildönümü ərəfəsində Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti sosial layihələrindən birini həyata keçirib. Belə ki, Bankın Baş ofisinə dəvət olunan Milli Hematologiya və Transfuziologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası baş tutub. “Qan verək, həyat xilas edək” adlı aksiyada Bank BTBnin 100-ə yaxın könüllü əməkdaşı iştirak edib və ümumilikdə 15 litrdən çox qan verilib.
Maliyyə
26 Fevral , 2020 13:00
Bank BTB qanvermə aksiyası keçirib

"Bank BTB" ASC fəaliyətinin 10-cu ildönümü ərəfəsində Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti sosial layihələrindən birini həyata keçirib. Belə ki, Bankın Baş ofisinə dəvət olunan Milli Hematologiya və Transfuziologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası baş tutub. “Qan verək, həyat xilas edək” adlı aksiyada "Bank BTB"nin 100-ə yaxın könüllü əməkdaşı iştirak edib və ümumilikdə 15 litrdən çox qan verilib.

Aksiyanın keçirilməsində əsas məqsəd talassemiya və hemofiliyadan, həmçinin, leykoz xəstəliyindən əziyyət çəkən şəxslərə ümid olmaq, onların sağlamlığına qovuşmaqlarına yardım etməkdir. Digər tərəfdən isə aksiyanın 26 Fevral tarixində keçirilməsi təsadüfi deyil. Belə ki, Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olan Xocalı faciəsinin 28 illiyinə həsr olunan qanvermə aksiyası xalqımızın birliyini ifadə edir.

Xatırladaq ki, "Bank BTB" bu il 10 yaşını qeyd edir. Bu səbəbdən 2020-ci il ərzində Bank BTB silsilə tədbirlər, məhsul yönümlü kampaniyalar, KSM layihələr və rəqəmsallaşan bank xidmətləri ilə təmsil olunacaq.

"Bank BTB" 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Məhsul və xidmətlər barədə www.btb.az və ya (012) 946 məlumat mərkəzinə müraciət edə bilərsiniz. 

Son xəbərlər

Orphus sistemi