Yuxarı

"Bank BTB" polis əməkdaşları üçün güzəştli kampaniya keçirir

“Nağd pul” istehlak krediti məhsulu çərçivəsində 5 min manatadək kredit almaq mümkündür

Bakı. 30 iyun. REPORT.AZ/ “Bank BTB” ASC Daxili İşlər Nazirliyi əməkdaşlarının peşə bayramı münasibətilə iyulun 1-31-də güzəştli kredit kampaniyası keçirəcək.

“Report” bu barədə banka istinadən xəbər verir.

Kampaniya müddətində “Nağd pul” istehlak krediti məhsulu çərçivəsində 3 min manatadək kreditlər zaminsiz veriləcək. Əlavə güzəşt olaraq, kredit 0% komissiya ilə 3 ilədək müddətə veriləcək. Kreditin maksimal məbləği 5 min manatdır.

"Bank BTB"-nin kampaniyasına həm də DİN-in sıralarından təqaüdə çıxmış əməkdaşlar qoşula bilərlər. Belə ki, güzəştli və zaminsiz “Nağd pul” kreditini "Bank BTB"-nın baş ofisi və bütün filiallarında almaq olar. Qeyd edək ki, hazırda "Bank BTB" bazarda 10 filial, 7 şöbə və baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti Departamenti ilə təmsil olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi