“Bank BTB” nizamnamə kapitalını artırıb

“Bank BTB” nizamnamə kapitalını artırıb Bakı. 26 dekabr. REPORT.AZ/ “Bank BTB” ASC nizamnamə kapitalını 14,45 mln. manat və yaxud 27,8% artıraraq 66,45 mln. manata çatdırıb.
Maliyyə
26 Dekabr , 2017 10:08
“Bank BTB” nizamnamə kapitalını artırıb

Bakı. 26 dekabr. REPORT.AZ/ “Bank BTB” ASC nizamnamə kapitalını 14,45 mln. manat və yaxud 27,8% artıraraq 66,45 mln. manata çatdırıb.

Bu barədə “Report” Banka istinadən xəbər verir.

Məlumata görə, kapital artımı əlavə səhm emissiyası hesabına mümkün olub. Belə ki, hər birinin nominal dəyəri 1 000 manat olan 14 450 ədəd yeni adi, adlı, sənədsiz səhmin yerləşdirilməsi başa çatıb və dekabrın 13-də emissiyanın yekunları haqqında hesabat dövlət qeydiyyatına alınıb.

Son xəbərlər

Orphus sistemi