"Bank BTB"-nin aktivləri illik 14% artıb

"Bank BTB"-nin aktivləri illik 14% artıb Bakı. 9 fevral. REPORT.AZ/ "Bank BTB" ASC-nin aktivləri 2017-ci il yanvarın 1-nə 241 508,22 min manat təşkil edib. Bu da illik müqayisədə 14,4% art...
Maliyyə
9 Fevral , 2017 13:18
Bank BTB-nin aktivləri illik 14% artıb

Bakı. 9 fevral. REPORT.AZ/ "Bank BTB" ASC-nin aktivləri 2017-ci il yanvarın 1-nə 241 508,22 min manat təşkil edib. Bu da illik müqayisədə 14,4% artım deməkdir.

"Report" bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Kredit portfeli 143 989,70 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,4% çoxdur. Kredit portfelinin 35 066 min manatı və ya 24,4%-i xarici valyutada olan kreditlərin payına düşür. 

Depozit portfeli 19,3% azalaraq yanvarın 1-nə 65 942,54 min manat təşkil edib. Depozit portfelinin 58 779,80 min manatı və ya 89,1%-i xarici valyutada yerləşdirilib. Cari il yanvarın 1-nə AMB-nin Banka qarşı tələbləri 30,9 mln. manat təşkil edib. Bu da illik müqayisədə 18,9% azalma deməkdir.

"Bank BTB" 2016-cı ildə 13 146,91 min manat zərər edib ki, bu da 2015-ci ilin zərəri ilə müqayisədə 8,2 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi