Yuxarı

​"Bank BTB" ilk regional filialını açmağa hazırlaşır

Hazırda Bankın paytaxtda 10 filialı və 1 şöbəsi var

Bakı. 22 iyun. REPORT.AZ/ "Bank BTB" ASC Azərbaycanın regionlarında ilk filialını açmağa hazırlaşır. 

"Report" xəbər verir ki, Bankın ilk regional filialı ölkənin 2-ci böyük şəhəri olan Gəncədə fəaliyyət göstərəcək. Amma bunun üçün Maliyyə Bazarlarına Nəzarət Palatası filiala lisenziya verməlidir. Hazırda bu lisenziyanın alınması istiqamətində iş gedir.

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda Bank müştərilərinə baş ofisi, paytaxtdakı 10 filialı və 1 şöbəsi ilə xidmət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi