"Bank BTB" güzəştli kredit kampaniyası keçirir

"Bank BTB" güzəştli kredit kampaniyası keçirir Zaminsiz 3 000 manatadək kreditlər 3 il müddətədək veriləcək
Maliyyə
22 Noyabr , 2016 13:36
Bank BTB güzəştli kredit kampaniyası keçirir

Bakı. 22 noyabr. REPORT.AZ/ "Bank BTB“ ASC ədliyyə işçilərinin peşə bayramı günü ilə əlaqədar noyabrın 22-dən dekabrın 11-dək ədliyyə sahəsində çalışan əməkdaşlar üçün güzəştli kredit kampaniyası elan edib. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kampaniya müddətində “Nağd pul” istehlak krediti məhsulu çərçivəsində zaminsiz 3 000 manatadək kreditlər, 0% komissiya ilə 3 il müddətədək veriləcək. Kreditin maksimal məbləği 5 000 manat ola bilər.

Güzəştli və zaminsiz “Nağd pul” kreditini BTB-nın baş ofisi və bütün filiallarından almaq olar.

Qeyd edək ki, noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram dövlət başçısının 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə təsis olunub. 

.

Son xəbərlər

Orphus sistemi