"Bank BTB" əmanət qəbulu şərtlərini dəyişib

"Bank BTB" əmanət qəbulu şərtlərini dəyişib Bank manat əmanətlərini bahalaşdırıb, dollar əmanətlərini ucuzlaşdırıb
Maliyyə
19 Noyabr , 2016 11:14
Bank BTB əmanət qəbulu şərtlərini dəyişib

Bakı. 19 noyabr. REPORT.AZ/ "Bank BTB" ASC müştərilərdən qəbul etdiyi əmanətlərin illik faiz dərəcələrini dəyişib. "Report" xəbər verir ki, dəyişiklik həm Azərbaycan manatı, həm də ABŞ dolları ilə qəbul edilən əmanətlərdə baş verib.

Məsələn, hazırda "Bank BTB"də 1 il müddətinə manatla əmanət yerləşdirənlərə faizlərin aylıq götürülməsi şərti ilə 15% dividend ödənilir. İndiyə qədər bu göstərici 14% olub. Faizləri ilin sonunda götürən əmanətçilərə isə Bank əvvəlki kimi 16% dividend ödəyir.

"Bank BTB" dollar əmanətlərini isə ucuzlaşdırıb. Məsələn, hazırda 1 il müddətinə Amerika valyutası ilə əmanət yerləşdirənlərə faizlərin aylıq və yaxud ilin sonunda götürülməsindən asılı olaraq 3-4% dividend ödənilir. İndiyə qədər bu göstərici 5-6% olub.

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 52 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 000 manat olan 52 000 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 15%-i Elməddin Nurəddin oğlu Əliyevə, 10%-i isə Cəfər Tofiq oğlu Əliyevə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi