"Bank BTB” əmanət kampaniyası keçirir

"Bank BTB” əmanət kampaniyası keçirir Bakı. 21 fevral. REPORT.AZ/ Bank BTB gəlirlərini davamlı artırmaq istəyən müştərilər üçün “Müddətli” əmanət növü üzrə kampaniya elan edir. Kampaniya çərçivəsində 12 ay müddətinə yerləşdirilən əmanətlər üzrə faiz dərəcələri 1,5% artaraq aylıq faiz ödənilməsi üzrə 10%, rüblük faiz ödənilməsi üzrə 10,50% və müddətin sonunda faiz ödənilməsi üzrə 11%-ə çatdırılıb.
Maliyyə
21 Fevral , 2019 17:10
Bank BTB” əmanət kampaniyası keçirir

Bakı. 21 fevral. REPORT.AZ/ "Bank BTB" gəlirlərini davamlı artırmaq istəyən müştərilər üçün “Müddətli” əmanət növü üzrə kampaniya elan edir. Kampaniya çərçivəsində 12 ay müddətinə yerləşdirilən əmanətlər üzrə faiz dərəcələri 1,5% artaraq aylıq faiz ödənilməsi üzrə 10%, rüblük faiz ödənilməsi üzrə 10,50% və müddətin sonunda faiz ödənilməsi üzrə 11%-ə çatdırılıb.

Kampaniya aprelin 1-dək qüvvədədir.

Bundan başqa, Bank müştəriyə əmanətin təminatı ilə məbləğin 80%-dək kredit xətti ayıra bilər. Həmçinin əmanətin minimum məbləğinə uyğun olaraq, əmanətçilərə “Mastercard” və VİSA bank kartları pulsuz təqdim olunur.

Qeyd edək ki, kampaniya haqqında ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012) 946 zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi