Yuxarı

"Bank BTB"də yeni təyinatlar olub

​"Bank BTB"də yeni təyinatlar olub

"Bank BTB" ASC-nin İdarə Heyəti sədrinin yeni müavini təyin edilib.

"Report" Banka istinadən xəbər verir ki, bu vəzifə Rövşən Fərhad-zadəyə həvalə olunub.

O, həm də "Bank BTB"nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. 

Həmçinin, Korporativ İnkişaf Departamentinin direktoru Rauf Qurbanov İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. Bununla da, İdarə Heyəti üzvlərinin sayı 5-ə çatdırılıb.

"Bank BTB"nin İdarə Heyətinin hazırki tərkibi:

  • Emil Rzayev, İdarə Heyətinin sədri
  • Rüfət Abbasov, İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin üzvü
  • Rövşən Fərhad-zadə, İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin üzvü
  • Vüsal Şahverdiyev, İdarə Heyətinin üzvü
  • Rauf Qurbanov, İdarə Heyətinin üzvü

"Bank BTB” ASC-nin İdarə Heyətinin sədri Emil Rzayev İdarə Heyətində aparılan dəyişikliklərlə bağlı açıqlama verərək bildirib ki: "“Bank BTB" yeniliklərə açıq, innovasiyalara dəstək olan bir bank olaraq yeni inkişaf strategiyası ilə maliyyə sektorunda dayanıqlı bazar mövqeyini möhkəmləndirməyə iddialıdır. Əminəm ki, bankımız 3 illik inkişaf strategiyası çərçivəsində rəqəmsallaşma səviyyəsini artırmaq, xidmət şəbəkəsini genişləndirmək və biznes proseslərini optimallaşdırmaqla, o cümlədən, müştəri yanaşmasında və məhsul yaradılmasında innovativ həllər təklif etməklə maliyyə sektorunda davamlı artım tempini qoruyub saxlamağa nail olacaq”.

Xatırladaq ki, "Bank BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətləri göstərir. Hazırda bankın 17 çox xidmət nöqtəsi fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi