“Bank BTB” daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub

“Bank BTB” daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub Bakı. 22 fevral. REPORT.AZ/ “Bank BTB” ASC Rusiyaya məxsus “LİDER” təcili pul köçürmələri sisteminə qoşulub.Bu barədə “Report”a Bankdan bildirilib....
Maliyyə
22 Fevral , 2017 16:12
“Bank BTB” daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub

Bakı. 22 fevral. REPORT.AZ/ “Bank BTB” ASC Rusiyaya məxsus “LİDER” təcili pul köçürmələri sisteminə qoşulub.

Bu barədə “Report”a Bankdan bildirilib.

Xatırladaq ki, 2003-cü ildən fəaliyyət göstərən “LIDER” sistemi müştərilərə məsafədən asılı olmayaraq bu sistemə qoşulmuş xidmət nöqtələri arasında qısa müddət ərzində pul vəsaitini köçürmək və qəbul etmək imkanı verir. Onun Rusiyada və bir sıra ölkələrdə 130 000-dən çox xidmət nöqtəsi mövcuddur.

Bu təcili pulköçürmə sistemi ilə əməliyyatlar ABŞ dolları, avro, Rusiya rublu ilə həyata keçirilə bilər. Köçürmə göndərən şəxsin təqdim etdiyi şəxsiyyət vəsiqəsi ilə, vəsaiti qəbul edəcək şəxsin adı və soyadı göstərilməklə reallaşdırılır.

Bir köçürmə üzrə maksimal məbləğ (qanunvericiliyin tələbləri nəzərə alınmaqla) maksimum 20 min dollar/avro və yaxud 590 min rubl ola bilər. Pul köçürmə xidməti üzrə komissiya mümkün istiqamətlərdən asılı olaraq 0,45%-3% arasında dəyişir. 

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 52 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 000 manat olan 52 000 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi