“Bank BTB” bu ilin I rübünü zərərlə başa vurub

“Bank BTB” bu ilin I rübünü zərərlə başa vurub “Bank BTB” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 291,088 milyon manat təşkil edib.
Maliyyə
17 Aprel , 2019 15:13
“Bank BTB” bu ilin I rübünü zərərlə başa vurub

“Bank BTB” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 291,088 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 0,3% çoxdur.

“Bank BTB”nin aktivlərinin 171,28 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə bankın kredit portfeli 11,6% böyüyüb.

Hesabat dövründə “Bank BTB”nin cəmi öhdəlikləri 1,1% artaraq 238,2 milyon manat, o cümlədən depozit portfeli 15,5% artaraq 107,705 milyon manat, Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyi isə 73,6% azalaraq 7,316 milyon manat, Bankın cəmi kapitalı isə 2,4% azalaraq 52,888 milyon manat olub.

Bu ilin I rübündə “Bank BTB”nin faiz gəlirləri 5,239 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 26,5% çox), faiz xərcləri 2,866 milyon manat (13% çox), qeyri-faiz gəlirləri 1,402 milyon manat (12% çox), qeyri-faiz xərcləri 3,496 milyon manat (21% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları isə 2,966 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Son nəticədə Bank rübü 2,688 milyon manat zərərlə başa vurub. Halbuki, maliyyə qurum ötən ilin eyni dövründən 298 min manat mənfəətlə çıxmışdı.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 mln. manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. 

İngilis versiyası Bank BTB ends Q1 on loss

Son xəbərlər

Orphus sistemi