“Bank BTB” biznes kreditlərinin faiz dərəcələrini dəyişib

“Bank BTB” biznes kreditlərinin faiz dərəcələrini dəyişib Bankın istehlak kreditləşməsi şərtlərində isə dəyişiklik olmayıb
Maliyyə
6 Dekabr , 2016 15:17
“Bank BTB” biznes kreditlərinin faiz dərəcələrini dəyişib

Bakı. 6 dekabr. REPORT.AZ/ “Bank BTB” ASC müştərilərə verdiyi biznes kreditlərinin faizlərinə dəyişiklik edib. 

Bu barədə “Report”a bankdan bildirilib.

Məlumata görə, iş adamlarına manatla verilən kreditlərin illik faiz dərəcəsinin minimum həddi 20%-dən 22%-ə, dollarla verilən kreditlərinin illik faiz dərəcəsinin minimum həddi isə 16%-dən 13%-ə çatdırılıb.

“Bank BTB”-nin istehlak kreditləşməsi şərtlərində isə dəyişiklik olmayıb. Bank fiziki şəxslərə yenə də valyutadan asılı olmayaraq illik 30-36%-lə kredit verir.

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 52 mln. manatdır. Bankın səhmdarları 75%, 19% və 6% payla 3 fiziki şəxsdir. Onların kimliyi açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi