"Bank Avrasiya" yanvar-iyul aylarını 5,6 mln. manat xalis mənfəətlə başa vurub

"Bank Avrasiya" yanvar-iyul aylarını 5,6 mln. manat xalis mənfəətlə başa vurub Bankın kredit portfeli bu il 8%, depozit portfeli isə 3% artıb
Maliyyə
29 Avqust , 2016 14:55
Bank Avrasiya yanvar-iyul aylarını 5,6 mln. manat xalis mənfəətlə başa vurub

Bakı. 29 avqust. REPORT.AZ/ "Bank Avrasiya" ASC-nin cəmi aktivləri 2016-cı il avqustun 1-nə 130,364 mln. manat təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 5,7% çoxdur.

İyulun sonuna Bankın kredit portfeli 86,552 mln. manat təşkil edib. Bu, 2015-ci ilin sonuna nisbətən 8,2% çoxdur. Son 7 ayda kredit təşkilatının depozit portfeli isə 3% artaraq 30,074 mln. manata çatıb.

Bu ilin ilk 7 ayı ərzində "Bank Avrasiya"nın cəmi öhdəlikləri 19% artaraq 73,528 mln. manat, cəmi kapitalı isə 11,1% artaraq 56,838 mln. manat olub.

Hesabat dövründə Bankın faiz gəlirləri 7,459 mln. manat, faiz xərcləri 1,96 mln. manat, qeyri-faiz gəlirləri 1,199 mln. manat, qeyri-faiz xərcləri 1,918 mln. manat təşkil edib. Beləliklə, Bankın xalis əməliyyat mənfəəti 4,78 mln. manat olub.

"Bank Avrasiya" aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına çəkdiyi xərclərə 843 min manat qənaət edib. Bununla da Bank ilin 7 ayını 5,623 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 500 manat olan 20 min səhm əsasında formalaşıb. Səhmlərin 37,5%-u "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 37,5%-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur. Bankın Müşahidə Şurasının sədri Fuad Aslanov Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlının qardaşıdır. 

Son xəbərlər

Orphus sistemi