"Bank Avrasiya"nın aktivləri 5% artıb

"Bank Avrasiya"nın aktivləri 5% artıb Bakı. 30 yanvar. REPORT.AZ/ “Bank Avrasiya” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 151,224 mln. manat təşkil edib.
Maliyyə
30 Yanvar , 2018 18:01
Bank Avrasiyanın aktivləri 5% artıb

Bakı. 30 yanvar. REPORT.AZ/ “Bank Avrasiya” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 151,224 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5,4% çoxdur.

“Bank Avrasiya”nın aktivlərinin 69,977 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2017-ci ildə Bankın kredit portfeli 7,7% kiçilib.

Hesabat dövründə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 1,6% artaraq 92,311 mln. manat, o cümlədən depozit portfeli 8,9% azalaraq 48,997 mln. manat olub.

İl ərzində Bankın cəmi kapitalı isə 12% artaraq 58,912 mln. manata çatıb.

2017-ci ildə “Bank Avrasiya”nın faiz gəlirləri 12,623 mln. manat (2016-cı ilə nisbətən 4,2% çox), faiz xərcləri 2,773 mln. manat (18,35% az), qeyri-faiz gəlirləri 3,314 mln. manat (13% az), qeyri-faiz xərcləri isə 4,634 mln. manat (21% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 8,53 mln. manat olub ki, bu da illik müqayisədə 2% azdır.

Ötən il “Bank Avrasiya” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına əvvəlki illə müqayisədə 93,3% az – 507 min manat vəsait ayırıb, gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən 2 min manat gəlir əldə edib, 6,9 dəfə çox – 1,674 mln. manat mənfəət vergisi ödəyib. Bununla da, Bank 2017-ci ili 6,351 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 6,9 dəfə çoxdur.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 500 manat olan 20 min səhm əsasında formalaşıb. Səhmlərin 37,5%-u "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 37,5%-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi