Yuxarı

"Bank Avrasiya" nizamnamə kapitalını artırır

Bank nizamnamə kapitalını 50 mln. manata çatdıracaq

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanın "Bank Avrasiya" ASC nizamnamə kapitalını artırır.

"Report"un Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) istinadən verdiyi xəbərə görə, cari il debabrın 25-də Komitə tərəfindən "Bank Avrasiya"nın hər birinin nominal dəyəri 2 500 manat olan 20 min ədəd adi sənədsiz adlı səhmlərinin AZ1005006890 nömrəli buraxılışı dövlət qeydiyyatına alınıb.

Emissiya "Bank Avrasiya"nın hazırkı, hər birinin nominal dəyəri 2 000 manat olan 20 min ədəd adi adlı sənədsiz səhmlərin yeni parametrlərə konvertasiyası yolu ilə yerləşdiriləcək. 

Beləliklə, yerləşdirmə nəticəsində Bankın nizamnamə kapitalı 25% artaraq 50 mln. manata çatdırılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi