"Bank Avrasiya" ilin əvvəlindən kiçilib

"Bank Avrasiya" ilin əvvəlindən kiçilib Müştərilərə verilən kreditlərin həcmi ilk rübdə 9% artıb
Maliyyə
26 Aprel , 2016 15:04
Bank Avrasiya ilin əvvəlindən kiçilib

Bakı. 26 aprel. REPORT.AZ/ "Bank Avrasiya" ASC-nin aktivləri cari ilin əvvəlindən 2,3% və ya 2,772 mln. manat azalaraq aprelin 1-nə 120,542 mln. manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə nağd vəsaitlərin həcmi 19,9% azalaraq 14,010 mln. manata enib. Müştərilərə verilən kreditlərin həcmində isə artım müşahidə olunub və ilin əvvəli ilə müqayisədə 9,1% artaraq aprelin 1-nə 87,272 mln. manata çatıb. 

Müştərilərin depozitlərində bu müddətdə 5,7% azalma qeydə alınıb. Cari il aprelin 1-nə müştərilərin depozitlərinin ümumi həcmi 27,533 mln. manatı üstələyib.

Qeyd edək ki, aprelin 1-i vəziyyətinə "Bank Avrasiya"nın nizamnamə kapitalı 50 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi