"Bank Avrasiya" əmanət qəbulu şərtlərini dəyişib

"Bank Avrasiya" əmanət qəbulu şərtlərini dəyişib Bank dollar və avro əmanətlərini ucuzlaşdırıb
Maliyyə
10 Oktyabr , 2016 15:40
Bank Avrasiya əmanət qəbulu şərtlərini dəyişib

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Bank Avrasiya" QSC manatla qəbul etdiyi əmanətlərin illik faiz dərəcələrini 3 faiz bəndi artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, hazırda milli valyutada 1 il müddətinə qəbul edilən klassik əmanətlərin gəlirliliyi faizlərin aylıq və yaxud müddətin sonunda ödənilməsindən asılı olaraq 12-13% təşkil edir. İndiyə qədər bu göstərici 9-10% olub.

Bundan başqa, "Bank Avrasiya" manatla 1 il müddətinə qəbul etdiyi yığım əmanətlərinin illik gəlirliliyini (faizlər müddətin sonunda ödənilmək şərti ilə) 7%-dən 10%-ə çatdırıb.

Əvəzində Bank 1 il müddətinə qəbul etdiyi klassik əmanətlərin gəlirliliyini ABŞ dollarında 2,75-3%-dən 2,25-2,5%-ə qədər, avroda isə 0,5-1%-dən 0,25-0,5%-ə qədər azaldıb.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 500 manat olan 20 min səhm əsasında formalaşıb. Səhmlərin 37,5%-u "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 37,5%-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur. Bankın Müşahidə Şurasının sədri Fuad Aslanov Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlının qardaşıdır.

Son xəbərlər

Orphus sistemi