​"Bank Avrasiya" yeni filial açır

​"Bank Avrasiya" yeni filial açır Bununla da Bankın filiallarının sayı ikiyə çatacaq
Maliyyə
9 Avqust , 2016 13:11
​Bank Avrasiya yeni filial açır

Bakı. 9 avqust. REPORT.AZ/ "Bank Avrasiya" ASC Bakı şəhərində ilk filialını açmağa hazırlaşır. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, yeni filial "Buta" adlanacaq və paytaxtın Nəsimi rayonunda, Xaqani küçəsi,47 ünvanında fəaliyyət göstərəcək. Xatırladaq ki, hazırda "Bank Avrasiya" müştərilərinə baş ofisi, eləcə də Sumqayıt şəhərində yerləşən yeganə filialı ilə xidmət göstərir.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 500 manat olan 20 min səhm əsasında formalaşıb. Səhmlərin 37,5%-u "Evro Standard" MMC-yə, 37,5%-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

Qeyd edək ki, Bankın Müşahidə Şurasının sədri Fuad Aslanov Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlının qardaşıdır.

Son xəbərlər

Orphus sistemi