​"Atrabank"ın faiz mənfəəti 44% artıb

​"Atrabank"ın faiz mənfəəti 44% artıb Bankın qeyri-faiz zərəri ötən il 26% azalıb
Maliyyə
5 Fevral , 2015 10:29
​Atrabankın faiz mənfəəti 44% artıb

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanın "Atrabank" ASC 2014-cü ili 323,24 min manat zərərlə başa vurub. "Report"un banka istinadən verdiyi xəbərə görə, 2013-cü ildə isə Bank 67,02 min manat mənfəət əldə edib.

Hesabat ilində "Atrabank" əvvəlki illə müqayisədə 21,08% az - 5,990 mln. manat gəlir əldə edib. Gəlirlərin 79,15%-i faiz, 20,85%-i isə qeyri-faiz gəlirlərinin payına düşüb. Ötən il bankın faiz gəlirlərində 25,2%, qeyri-faiz gəlirlərində 0,16% azalma müşahidə olunub.

Təhlil olunan dövrdə Bankın məcmu xərcləri əvvəlki illə müqayisədə 16,08% azalaraq 6,313 mln. manat təşkil edib. Bunun 57,07%-i faiz, 42,28%-i qeyri-faiz xərclərinin payına düşüb. Ötən il PR və marketinq xərcləri 41,31 min manat həcmində olub. Xərclərin bu üç komponenti üzrə illik müqayisədə müvafiq olaraq 16,27%, 15,78% və 8,69% azalma qeydə alınıb.

Nəticədə, 2014-cü ildə "Atrabank"ın faiz mənfəəti 1,139 mln. manat, qeyri-faiz zərəri 1,420 mln. manat təşkil edib. Bu da öz növbəsiondə 2013-cü illə müqayisədə müvafiq olaraq 43,94% və 25,97% azdır.

Son xəbərlər

Orphus sistemi