Yuxarı

“Baku Trade Management” nizamnamə kapitalını formalaşdırır

“Baku Trade Management” nizamnamə kapitalını formalaşdırır

70

Maliyyə Bazarlarına Nəzarət Palatası şirkətin ilkin səhm emissiyasını dövlət qeydiyyatına alıb

Bakı. 22 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası "Baku Trade Management" QSC-nin (BTM) səhm emissiyasını (AZ1001019996) dövlət qeydiyyatına alıb.

Bu barədə “Report”a Palatadan bildirilib.

Məlumata görə, emissiya şirkətin hər birinin nominal dəyəri 50 manat olan 100 ədəd adi səhmlərinin ilkin buraxılışını nəzərdə tutur. Səhmlər qapalı üsulla yerləşdiriləcək və BTM-ə 5 min manatlıq nizamnamə kapitalı formalaşdırmağa imkan verəcək. 

Xatırladaq ki, BTM bu il fevralın 7-də dövlət qeydiyyatından keçib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi