Bakının təkrar mənzil bazarında cüzi qiymət artımı qeydə alınıb

Bakının təkrar mənzil bazarında cüzi qiymət artımı qeydə alınıb Mənzil satıcılarının sayında canlanma müşahidə edilib ki, bu da təklif portfelinin artmasına səbəb olub
Maliyyə
9 Mart , 2016 12:03
Bakının təkrar mənzil bazarında cüzi qiymət artımı qeydə alınıb

Bakı. 9 mart. REPORT.AZ/ Bu ilin fevral ayı ərzində Bakı şəhərinin yaşayış mənzillərinin təkrar bazarında satışa təklif edilən mənzillərin hesablanmış orta təklif qiyməti demək olar ki, dəyişməz qalıb. Aylıq orta qiymət göstəricisi dollar ifadəsində 1 009 dollar/кv.m-dən 1,0 % artaraq 1 019 dollar/кv.m, milli valyutada isə ay ərzində 1 604 manat/кv.m-dən 1 620 manat/кv.m bəndinə qədər yüksəlib. "Report" xəbər verir ki, bu barədə “MBA Ltd.” konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı hesabatda qeyd edilib.

Əvvəlki aylara görə qiymət dəyişikliyi, %

Hesabata görə, bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1 000 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 79,4%-ni təşkil edib və qeydə alınan orta bazar qiyməti 889 dollar/kv.m-dir.

Ümumi təklif portfelinin 14,5%-ni 1 200-1 600 dollar/kv.m qiymət diapazonunda yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1 345 dollar/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 1 600 dollar/kv.m-dən çox olan mənzillərin payı isə 6,1% olub. Bu seqmentdə orta bazar qiyməti isə 1 954 dollar/kv.m təşkil edib.

Qiymət diapazonu

Cari ilin fevral ayında mənzil satıcılarının sayında əvvəlki aya nisbətən canlanma müşahidə edilib ki, bu da öz növbəsində təklif portfelinin artmasına gətirib çıxarıb. Ümumilikdə, təkrar mənzil bazarında təklif 53% artıb. Yanvarda ümumi təklifin sayı 955 mənzil olduğu halda, fevralda bu rəqəm 1 458 təşkil edib. Qeydə alınan ümumi təklifin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 27% azalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən təkrar yaşayış mənzillərinin maksimal həcmi 2015-ci ilin fevral ayında qeydə alınıb.

Təklif həcmi

Ekspozisiya müddəti fevralda ortalama 180 gün təşkil edib ki, bu da öz növbəsində yanvar ayından 4% aşağı göstəricidir. Ekspozisiya müddətinin nisbətən aşağı düşməsinə səbəb kimi təkrar mənzil bazarında aktivliyin artmasını göstərmək olar. Alıcıların sayında son ayda artım olduğundan, təkrar mənzil bazarının aktivliyi əvvəlki aya nisbətən 8% artıb.

Ekspozisiya müddəti (gün)

Bazara satış məqsədi ilə təklif edilən təkrar mənzillərin ümumi sahəsi fevralda 73 000 kv.m təşkil edib. Təklif portfelində iki və üç otaqlı mənzillərin ümumi sahələri daha çox üstünlüyə malik olub (müvafiq olaraq 20 700 kv.m və 26 600 kv.m).

Mənzillərin otaqlar üzrə ümumi sahəsi (kv.m)

Təkrar mənzil bazarında təklif edilən mənzillərin otaq strukturuna gəldikdə, əvvəllər olduğu kimi, ümumi təklif payında daha çox iki və üç otaqlı mənzillər üstünlük təşkil edib. Fevral ayında onların ümumi birgə payı 65,7% təşkil edib.

Mənzillərin otaq strukturu üzrə təklif (%)

Layihələr üzrə mənzillərin vəziyyətinə gəldikdə isə, aparılan araşdırmalara əsasən, “Eksperimental”, “Leninqrad”, “Xruşşov” və “Yeni tikili, təmirli” layihəli binaların təklif portfelindəki payı əvvəlki aylarda olduğu kimi, bu ay da mütləq çoxluq təşkil edib və müvafiq olaraq 10,0%, 15,5%, 11,2% və 37,4% arasında dəyişir.

Ötən aylarda olduğu kimi fevralda da təklif edilən mənzillərin əksər hissəsi Binəqədi, Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 63,9%-ə bərabər olub. Təklif üzrə ən az paya sahib olan rayonlar isə Xəzər və Suraxanı rayonlarıdır.

Mənzillərin layihə strukturu üzrə təklif portfeli, %

Ötən aylarda olduğu kimi bu ay da, təklif edilən mənzillərin əksər hissəsi Binəqədi, Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 63.9%-ə bərabər olub. Təklif üzrə ən az paya sahib olan rayonlar isə Xəzər və Suraxanı rayonları qeydə alınmışdır.

Rayonlar üzrə təklif portfelinin strukturu (%)

Ötən ay ərzində təkrar mənzil bazarında orta təklif qiyməti bir və dörd otaqlı mənzillərdə müvafiq olaraq 5% və 3% azalıb, üçotaqlı mənzillərin qiyməti dəyişməz olaraq qalıb, çoxotaqlı mənzillərin qiymətində isə 6% artım müşahidə edilib. Təkrar mənzil bazarındakı 1-otaqlı mənzillərin orta təklif qiyməti 36 800 dollar, 2-otaqlı mənzillərin - 74 200 dollar, 3-otaqlı mənzillərin - 97 300 dollar təşkil edib.

Otaqlar üzrə qiymətlər (dollar/kv.m)

Cədvəldən də göründüyü kimi, mənzillərin ümumi qiymətinə nisbətən, kv.m görə qiymətdə artım və ya azalma daha çoxdur, bu da mənzillərin ümumi sahələrinin artımından xəbər verir.

Layihələr üzrə qiymət strukturu

Ötən ay layihələr üzrə qiymət azalması daha çox "Stalinka" və "Minsk" layihələrində qeydə alınıb və müvafiq olaraq 8,0% və 6,8% arasında dəyişib. Layihələr üzrə qiymət artımı isə "İtalyan" (9,0%) və "Yeni tikili" (7,5%) layihəli mənzillərdə hiss edilib. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1 019 dollar) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya (58,9%) malikdir. Mənzillərin orta sahəsi 77,41 kv.m, orta otaq göstəricisi isə 2,37 təşkil edir. Hər otağın orta satış qiyməti 34 716 dollar, mənzilin orta qiyməti isə 82 300 dollar olub.

Ay ərzində rаyоnlаr üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun bаş verib. Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:

Rayonlar üzrə qiymət cədvəli (dollar/kv.m)


Fevralda aktivlik əmsalına görə ən cəlbedici Nəsimi, Yasamal və Nərimanov rayonları olub.

Təkrar mənzil bazarında qiymət indeksi yanvar ayı ilə müqayisədə bu ay 0,05 bənd azalaraq 4,53 bəndində qərarlaşıb.

Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “Yeni tikili” layihəli 4 otaqlıda qeydə alınıb. “Aviakassa” adlanan ərazidə yerləşən 216 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin 1 kv.metrinin satışa təklif olunan qiyməti 2 900 dollar təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonunda, Xırdalan şəhərində yerləşən zəif təmirli 54 kv.m-lik sahəyə malik “Alman” layihəli, 2-otaqlı mənzildə (420 dollar/kv.m) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi