Bakının metro stansiyalarında yeni tipli bankomatlar quraşdırılır

Bakının metro stansiyalarında yeni tipli bankomatlar quraşdırılır Yeni bankomatlar "Elmlər Akademiyası", "Qara Qarayev" və "Əhmədli" stansiyalarında quraşdırılıb
Maliyyə
11 İyun , 2015 10:43
Bakının metro stansiyalarında yeni tipli bankomatlar quraşdırılır

Bakı. 11 iyun. REPORT.AZ/ “AtaBank” ASC Bakı Metropoliteninin stansiyalarında yeni tipli bankomatlar yerləşdirir. Yeni bankomatlar artıq “Elmlər Akademiyası”, “Qara Qarayev” və “Əhmədli” metro stansiyalarında quraşdırılaraq müştərilərin ixtiyarına verilib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hazırda Bankın fəaliyyət göstərən ATM-lərinin sayı 85 ədəd təşkil edir. Onlardan 3-ü səyyar - “AtaMatik” bankomatları Şəmkir, Qazax, Tovuz, İsmayıllı, Mingəçevir və Gədəbəy rayonlarının ucqar kəndlərində müştərilərin xidmətindədir.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank"ın Bakıda və ölkənin müxtəlif regionlarında 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektorunu təqdim edir.

Son xəbərlər

Orphus sistemi