Yuxarı
    Bağlamaq

    Bakıdakı "exchange"lərdə canlanma müşahidə olunur

    Exchange əməkdaşları bazardakı ümumi vəziyyəti sabit kimi qiymətləndirirlər

    Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Bakı şəhərinin mərkəzi hissəsində yerləşən valyutadəyişmə məntəqələrində alqı-satqı əməliyyatlarının aparılması sahəsində nisbi canlanma yaranıb. 

    "Report"un valyutadəyişmə məntəqələrində apardığı müşahidələr göstərib ki, müştərilər 5 min dollaradək məbləği asanlıqla dəyişirlər. "Exchange" əməkdaşları səhər saatlarından əməliyyatlarda nisbi canlanmanın yarandığını söyləsələr də, bazardakı ümumi vəziyyəti sabit kimi qiymətləndirirlər: "Dollar və avronun alış-satışında sıxlıq və ya hər hansı məhdudiyyət yoxdur. Müştərilər daha çox dollar kütləsi alır və gələnlərin əksəriyyəti əsasən 2 min manatdan çox məbləğ dəyişənlərdir".

    Həmçinin, bəzi məntəqələrdə dollar alışında qiymətlərdə dəyişiklik edildiyi müşahidə olunur. Məsələn, dolların alış məzənnəsi bəzi məntəqələrdə 1,0535 AZN/USD olsa da, bir müddət sonra artıq 1,0542 AZN/USD-yə dəyişdirilib. Satış qiymətində isə ciddi dəyişiklik olmayıb: "Bu, şənbə-bazar günlərinə xas bir dəyişiklikdir, bu cüzi artım adəti haldır. Çünki birinci gün də qeyri-iş günüdür.

    Müşahidələrə əsasən, cüzi dəyişikliklə demək olar ki, bütün bankların məntəqələrində alış-satış qiymətləri eynidir. Dolların alışı 1,0535-1,0542 AZN/USD, satışı isə 1,0550-1,0560 AZN/USD intervalında aparılır. Avronun isə alış-satış məzənnəsi 1,1320-1,1470 AZN/EUR arasında dəyişir.

    Xatırladaq ki, Mərkəzi Bankın ötən günə olan rəsmi məzənnəsi 1 dollar üçün 1,0498 manat, 1 avro üçün isə 1,1424 manat təşkil edib (bu məzənnə bu üç qeyri-iş günündə qüvvədə olacaq). Valyutadəyişmə əməliyyatları isə bu məzənnədən maksimum 2%-dək (marja) aşağı və yuxarı qiymətlə aparıla bilər. Yəni hazırda dollar üçün maksimal satış məzənnəsi 1,0708 AZN/USD, minimal alış qiyməti 1,0288 AZN/USD, avro üçün isə müvafiq olaraq 1,1653 və 1,1196 AZN/EUR ola bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi