Bakıda V İnvestorlar Yarmarkası keçirilir

Bakıda V İnvestorlar Yarmarkası keçirilir Konfransda mikromaliyyə institutları sektorda mövcud olan yeni texnoloji vasitələr və yeni imkanlar haqda öyrənmək üçün fürsət əldə ediblər
Maliyyə
6 Oktyabr , 2017 13:37
Bakıda V İnvestorlar Yarmarkası keçirilir
Report/ Orkhan Azim

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda “Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar” adlı V İnvestorlar Yarmarkası keçirilir.

“Report”un verdiyi xəbərə görə, tədbirin məqsədi regionlarda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə dəstək üçün xarici investorların cəlb edilməsidir. Konfransda Milli Məclis, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Beynəlxalq Maliyyə Korporasiyasının rəhbər şəxsləri, bankların, bank olmayan kredit təşkilatlarının, investisiya şirkətlərinin, texniki xidmət təminatçılarının ixtisaslaşmış maliyyə ekspertləri iştirak edirlər.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva İnvestorlar Yarmarkasının məqsədinin mikromaliyyə təşkilatları, banklar, kredit ittifaqları və investorlar/donorlar və xidmət təminatçıları arasında əlaqələrin və bugünkü rəqabətli və çətin dövrdə bazarda yeni imkanların axtarılması, investorlar və üzv təşkilatlar arasında şəbəkələşmə və əməkdaşlıq imkanlarının yaradılmasına xidmət etmək olduğunu deyib.

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov mikromaliyyənin yoxsulluğun azaldılması üçün əhəmiyyətli alət olduğunu vurğulayıb. 

Z.Səmədzadə əhalinin böyük qisminin maliyyə qurumlarına, o cümlədən mikromaliyyə təşkilatlarına borclu olmasının, verilmiş kreditlərin bir hissəsinin vaxtının keçməsinin narahatlıq doğurduğunu bildirib. 

Konfransda mikromaliyyə institutları sektorda mövcud olan yeni texnoloji vasitələr və yeni imkanlar haqda öyrənmək üçün fürsət əldə ediblər. İnvestor yarmarkasının iştirakçıları, investorlar, həmçinin təsisçilər, strateji baxımdan maraqlı tərəflər və texniki xidmət təminatçıları yeni əməkdaşlıq və əlaqələr qurmaq imkanı qazanıbar.

Son xəbərlər

Orphus sistemi