​Bakıda sığorta agentlərinin forumu keçiriləcək

​Bakıda sığorta agentlərinin forumu keçiriləcək Tədbirdə sığorta agentlərinin rolu, inkişaf perspektivləri, satış kanalları, rəqabət mühiti, vergi problemləri müzakirə olunacaq
Maliyyə
3 Aprel , 2015 12:21
​Bakıda sığorta agentlərinin forumu keçiriləcək

Bakı. 3 aprel. REPORT.AZ/Aprelin 6-da Bakıda Sığorta agentlərinin III Milli Forumu keçiriləcək. Forumda Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov, eləcə də İcbari Sığorta Bürosu və yerli sığorta şirkətlərinin nümayəndələri, sığorta agentləri və sığorta ekspertlərin çıxışları nəzərdə tutulub.

"Report"un verdiyi xəbərə görə, müzakirələr sığorta bazarında agentlərin rolu, onların satış kanalları, vasitəçilərin peşəkarlığının artırılması, agentlik fəaliyyəti və bu sahədə rəqabət mühiti, sığorta agentlərinin üzləşdiyi problemlər, o cümlədən vergilərin ödənilməsi sahəsində problemlər və onların aradan qaldırılması, həmçinin daşınmaz əmlakın icbari sığortasında və avtomobillərin icbari sığortasında mənfi hallar və onların həlli, könüllü və icbari sığorta növlərinin agentlər üçün yaratdığı perspektivlər, iqtisadi böhran dövründə sığorta müştərilərinin əldə saxlanılması və s. istiqamətlərdə olacaq.

Qeyd edək ki, tədbirin təşkilatçıları qismində DSNX və ASA çıxış edir.

Son xəbərlər

Orphus sistemi