Bakıda qanunvericiliyin təsirinin qiymətləndirilməsi ilə bağlı təlim keçirilib

Bakıda qanunvericiliyin təsirinin qiymətləndirilməsi ilə bağlı təlim keçirilib JTI şirkətinin təşkil etdiyi təlimin treneri tanınmış beynəlxalq məsləhətçi olub
Maliyyə
5 Dekabr , 2014 18:07
Bakıda qanunvericiliyin təsirinin qiymətləndirilməsi ilə bağlı təlim keçirilib
Bakı. 5 dekabr. REPORT.AZ/ "Japan Tobacco" Şirkətlər Qrupunun üzvü olan JTI (Japan Tobacco International) şirkəti Azərbaycan Milli Məclisi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Dövlət Gömrük Komitəsinin müvafiq əməkdaşlarına "Qanunvericiliyin təsirinin qiymətləndirilməsi" sahəsində təlim təşkil edib. "Report"un məlumatına görə, təlim tanınmış beynəlxalq məsləhətçi tərəfindən keçirilib.

"Japan Tobacco" Şirkətlər Qrupunun üzvü olan JTI şirkəti aparıcı beynəlxalq tütün şirkətidir, 73 ölkədə nümayəndəliyi və 27 minə yaxın işçisi var. JTI Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərir.

JTI qlobal olaraq tütün məhsullarının qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, qanunvericiliyin təkmilləşdirilməsi, vergiqoyma və iqtisadi münasibətlər sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində müəyyən işlər aparır. Xüsusilə JTI şirkəti 2007-ci ildə Avropa İttifaqı ilə tütün məhsullarının qaçaqmalçılığı və saxta siqaret istehsalına qarşı mübarizə sahəsində 15 illik müqavilə imzalayıb. Bundan əlavə, JTI 2013-cü ilin aprelində Vilnüsdə (Litva) "Kölgə iqtisadiyyatı üzrə konfrans"ı, 2013-cü və 2014-cü ilin iyul ayında Parisdə (Fransa) və Vyanada (Avstriya) "Avrasiya vergi-büdcə ekspertlərinin seminarı”nı, bu illər ərzində Vyana İqtisadiyyat və Biznes Universitetinin müxtəlif tədris modullarından ibarət proqramını maliyyələşdirib. Bununla yanaşı, Azərbaycan Vergilər Nazirliyinin bir neçə əməkdaşı Vyana Universitetinin vergiqoyma sahəsinin müxtəlif məsələlərindən bəhs edən modullarında iştirak edib və müvafiq sertifikatlar alıb.

Son xəbərlər

Orphus sistemi