Bakıda nağd dolların alış-satış məzənnəsi artıb

Bakıda nağd dolların alış-satış məzənnəsi artıb Mərkəzi Bank banklararası mütəşəkkil bazarında valyuta intervensiyasını davam etdirir
Maliyyə
23 Dekabr , 2015 15:20
Bakıda nağd dolların alış-satış məzənnəsi artıb

Bakı. 23 dekabr. REPORT.AZ/ "Report" agentliyinin analitik qrupu Bakı şəhərinin mərkəzi hissəsində yerləşən valyutadəyişmə məntəqələrində nağd valyutanın alış-satış məzənnəsi üzrə növbəti monitorinq keçirib.

Valyutadəyişmə məntəqələrindən verilən məlumata görə, bu gün günün ilk yarısında alıcı və satıcılar arasında balans dekabrın 22-də olduğu kimi yenə davam edib: "Dolların ən yaxsı alış məzənnəsi 1,5650 AZN/USD, ən yaxşı satış məzənnəsi isə 1,5750 AZN/USD olub". 

Qeyd edək ki, bu məzənnə dekabrın 22-də olan ən yaxşı alış-satış məzənnəsindən 0,005 manat və ya 0,3% yüksəkdir. Valyutadəyişmə məntəqələrinin əməkdaşları məzənnədəki artımı Mərkəzi Bankın rəsmi məzənnəsindəki artımla əlaqələndirirlər. 

Məlumat üçün bildirək ki, ötən gün Azərbaycan Mərkəzi Bankı devalvasiyaya baxmayaraq, banklararası mütəşəkkil valyuta bazarında 33 mln. dollar həcmində intervensiya həyata keçirib.  

Son xəbərlər

Orphus sistemi