Bakıda MDB ölkələrinin ali audit qurumlarının Rəhbərlər Şurasının sessiyası keçirilir

Bakıda MDB ölkələrinin ali audit qurumlarının Rəhbərlər Şurasının sessiyası keçirilir Sessiyada udit orqanlarının fəaliyyətinin iqtisadi, sosial, inzibati effektlərinin qiymətləndirilməsi müzakirə olunur
Maliyyə
5 Sentyabr , 2017 12:26
Bakıda MDB ölkələrinin ali audit qurumlarının Rəhbərlər Şurasının sessiyası keçirilir

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda MDB-yə üzv ölkəlrin ali audit qurumlarının Rəhbərlər Şurasının XVII sessiyası işə başlayıb. 

"Report"un verdiyi xəbərə görə, tədbirdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bidirib ki, sessiyada müzakirə olunan əsas məsələ ali audit orqanlarının fəaliyyətinin iqtisadi, sosial, inzibati effektlərinin qiymətləndirilməsi, bu göstəricilər sisteminin müəyyənləşdirilməsi ilə bağlıdır.

"Kənar dövlət maliyyə nəzarəti funksiyası həyata keçirən ali audit qurumlarının maliyyə inzibatçılığında vacib rolu müxtəlif beynəlxalq sənədlərdə öz əksini tapıb. MDB məkanına daxil olan və bizə tərəfdaş olan dövlətlərin ali audit qurumlarının Rəhbər Şurasının növbəti sesssiyası ilk dəfə Bakıda keçirilir. Bu sessiya dövlət auditini həyata keçirən orqanların fəaliyyətinin nətiələrinin qiymətləndirilməsi, bu göstəricilər sisteminin inkişaf istiqamətlərinə həsr edilib. Sessiyada əsas məsələ ali audit orqanlarının fəaiyyətinin iqtisadi, sosial, inzibati effektlərinin qiymətləndirilməsi, bu göstəricilər sisteminin müəyyənləşdiriləsi ilə bağlıdır. Sesssiyada bu göstəricilər sisteminin MDB-də vahid bir formaya salınması ilə bağlı qarşılıqlı müzakirələr aparılacaq".

İclasında Şuranın Sədrinin rəmzinin Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədova ötürülmə mərasimi olub.

Daha sonra tədbirdə Şuranın XVII və XVIII sessiyaları arası dövr üçün İş planı təsdiq edilib, Şuranın yekun sənədləri imzalanıb. Daha sonra ikitərəfli görüşlər keçirilib. Qeyd edək ki, Bakı sessiyasında 7 ölkənin Ali Audit Qurumunun 25 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir. 

Sessiya sabah da davam edəcək.

Son xəbərlər

Orphus sistemi