​Bakıda kənd təsərrüfatı sığortasına dair təlim keçirilir

​Bakıda kənd təsərrüfatı sığortasına dair təlim keçirilir Təlimdə kənd təsərrüfatı sığortasının əhəmiyyəti və məhsulları haqqında məlumat veriləcək
Maliyyə
26 Noyabr , 2015 11:46
​Bakıda kənd təsərrüfatı sığortasına dair təlim keçirilir

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanda kiçik və ortamiqyaslı aqro-biznes müəssisələrinin inkişafına yardım etmək və aqrar sığortanı təşviq etmək məqsədilə bu gün Bakıda "Azərbaycanda kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi" mövzusunda təlim başlayıb.

"Report" xəbər verir ki, ilk paneldə "Kənd təsərrüfatı sektorunun inkişafı və təkmilləşdirilməsində kənd təsərrüfatı sığortasının əhəmiyyəti" mövzusunda müzakirələr aparılacaq. İkinci paneldə iştirakçılara kənd təsərrüfatı sığortası məhsullarının hazırlanması metodologiyası üzrə təlim keçiriləcək.

Təlim zamanı iştirakçılar məlumat tələblərinin icmalı, sığorta məhsullarının növü, strukturu və komponentləri, yenidən sığortalanma və aqro-sığorta sisteminin inkişafı üçün lazım olan digər əhəmiyyətli aspektlər haqqında məlumatlandırılacaq. IFC-nin (Beynəlxalq Maliyyə Korporasiyası) ekspertləri bu sistemin Ukraynada inkişaf etdirilməsi ilə bağlı öz praktik təcrübəsini bölüşəcəklər.

Qeyd edək ki, görüş IFC-nin Avropa və Mərkəzi Asiya üzrə Aqro-maliyyə Layihəsi tərəfindən yerli sığorta şirkətləri üçün təlim təşkil etmək məqsədilə Azərbaycan Sığortaçıları Assosiasiyası ilə birlikdə keçirilir.

Son xəbərlər

Orphus sistemi