Bakıda keçirilən MDB-nin Beynəlxalq Bank Konfransı başa çatıb

Bakıda keçirilən MDB-nin Beynəlxalq Bank Konfransı başa çatıb Tədbirdə müzakirə olunan bəzi təkliflər deklarativ xarakter daşıyıb
Maliyyə
15 Noyabr , 2014 08:51
Bakıda keçirilən MDB-nin Beynəlxalq Bank Konfransı başa çatıb
Bakı. 15 noyabr. REPORT.AZ/ Noyabrın 14-15-də Bakıda keçirilən VII MDB ölkələrinin Beynəlxalq Bank Konfransı bu gün işini başa çatdırıb. 

“Report”un xəbər verdiyi kimi, konfransda maliyyə inteqrasiyası, maliyyə qurumlarının əməkdaşlığının dərinləşdirilməsi, innovasiya məsələləri, ödəmə sistemiləri, yeni texnologiyaların tətbiqi, mərkəzi bankların tənzimləyici fuksiyaları kimi məsələlər müzakirə olunub, müvafiq tədqimatlar keçirilib. Tədbirdə həmçinin MDB məkanında maliyyə bazarlarının əməkdaşlığı, uzunmüddətli kredit resurslarının mənbələri, transsərhəd ödənişlər, idxal-ixrac əməliyyatlarında bankların rolu, birjaların əməkdaşlığı, pul köçürmələri və ödəmə sistemləri kimi mövzularda çıxışlar dinlənilib.

Tədbirdə MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşab Orucov, Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə Heyətinin sədri Cahangir Hacıyev, MDB-nin bank və maliyyə qurumlarının nümayəndələri çıxış ediblər.

Konfrans çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ilə Rusiyanın “Roseksimbank”ı arasında əməkdaşlıq sazişi imzalanıb.

Konfransın ikinci günü İslam bankçılığına həsr olunub, ABB-nin İslam bankçılığı Departamentinin təqdimatı dinlənilib, İslam bankçılığına həsr olunan müzakirələr aparılıb.

Tədbirdə ümumən inteqrasiya məsələləri, MDB-nin maliyyə və bank sahəsində əməkdaşlığın potensialının tam istifadə olunamaması problemlərinə də toxunulub, bir sıra təkliflər səsləndilib. Lakin bəzi təkliflər və çıxışlar deklarativ xarakter daşıyıb. Bura, məsələn, artıq bir neçə ildir müzakirəsi aparılan, lakin hələ də real konturlar almayan MDB-nin İnkişaf Bankının yaradılması, xarici ticarətdə milli valyutalardan istifadə, MDB-nin vahid valyutasının yaradılması, MDB məkanında İslam bankçılığı üzrə vahid mərkəzin yaradılması kimi məsələləri aid etmək olar.



Son xəbərlər

Orphus sistemi