​Bakıda iki restoran və bir mağazanın əmlakı siyahıya alınıb

​Bakıda iki restoran və bir mağazanın əmlakı siyahıya alınıb Onlar vergi borcunu ödəmədiklərinə görə bu addım atılıb
Maliyyə
14 Sentyabr , 2015 20:21
​Bakıda iki restoran və bir mağazanın  əmlakı siyahıya alınıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakıda iki restoran və bir mağazanın vergi borcuna görə əmlakı siyahıya alınıb. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən "Report"a verilən məlumata görə, Bakı Vergilər Departamentinin Bəyannamələr və vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Yasamal rayonu, general Akim Abbasov küçəsi, ev 15 ünvanda yerləşən, “Database” MMC-yə məxsus “Şərq” restoranında əmlakın siyahıya alınması tədbirləri keçirilib. Vergi orqanları tərəfindən vergi ödəyicisinin fəaliyyəti araşdırılarkən onun 1 600 manat vergi borcunun yarandığı müəyyən edilib, borcun ödənilməsi barədə ona bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə 2015-ci ilin sentyabr 7-də əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Vergi orqanı əməkdaşları tərəfindən ictimai iaşə obyektində olan 1 600 manat məbləğində müxtəlif növ məişət avadanlığı və mebel müvafiq qaydada siyahıya alınıb.

Bundan əlavə, Səbail rayonu, Nizami küçəsi, ev 96 ünvanda yerləşən, “Tam xarici investisiyalı “Barakalı” LTD” MMM-ə məxsus “Zirvə elektrik” mağazasında əmlakın siyahıya alınması tədbirləri keçirilib, vergi ödəyicisinin 11 666 manat vergi borcu müqabilində obyektdəki 12 000 manat dəyərində müxtəlif növ elektrik malları müvafiq qaydada siyahıya alınıb.

Eyni zamanda, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 2-ci paralel ünvanda yerləşən, fiziki şəxs Şahin Sərdara məxsus “Sürmene” restoranında əmlakın siyahıya alınması tədbirləri keçirilib, vergi ödəyicisinin 2 652 manatlıq vergi borcunun ödənilməsi üçün 3 000 manat dəyərində məişət avadanlığı müvafiq qaydada siyahıya alınıb.

Son xəbərlər

Orphus sistemi