​Bakıda İslam maliyyələşməsi üzrə seminar keçiriləcək

​Bakıda İslam maliyyələşməsi üzrə seminar keçiriləcək Tədbirdə İslam mikromaliyyəsi, bankçılığı, maliyyə rejimi və digər mövzular müzakirə olunacaq
Maliyyə
1 Oktyabr , 2015 12:07
​Bakıda İslam maliyyələşməsi üzrə seminar keçiriləcək

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Al-Huda CIBE" İslam maliyyə təlim və konsaltinq təşkilatı və Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə oktybarın 12-13-də Bakıda İslam maliyyələşməsinə həsr olunmuş seminar keçiriləcək.

"Report"un verdiyi xəbərə görə, təlim İslam mikromaliyyəsi, İslam bankçılığı və maliyyə sektoru, İslam maliyyəsi rejimi, yoxsulluğun aradan qaldırılması üçün mikromaliyyə alətləri, "takaful" (İslam sığortası), "sukuk" və digər mövzuları əhatə edəcək.

Təlimçilər qismində İslam maliyyəsi üzrə ekspertlər Mühəmmad Zübeyr Mughal və Qazi Əbdul Səməd çıxış edəcəklər.

Təlim mikrokredit və mikrolizinq departamentinin menecerləri, kredit menecerləri, supervayzerlər və qərar qəbuletmə səlahiyyəti olan digər işçilər üçün nəzərdə tutulub. Tədbirdə iştirak ödənişlidir.

Son xəbərlər

Orphus sistemi