Bakıda "exchange"lər alış məzənnəsini azaldıb - MONİTORİNQ

Bakıda "exchange"lər alış məzənnəsini azaldıb - MONİTORİNQ Bu, bazarda valyutanı manata konvertasiya etmək istəyənlərin sayının nisbi artımı ilə bağlıdır
Maliyyə
22 Dekabr , 2015 14:52
Bakıda exchangelər alış məzənnəsini azaldıb - MONİTORİNQ

Bakı. 22 dekabr. REPORT.AZ/ "Report" Agentliyinin analitik qrupu Bakı şəhərinin mərkəzi hissəsində yerləşən valyutadəyişmə məntəqələrində nağd valyutanın alış-satış məzənnəsi üzrə monitorinq keçirib.

Valyutadəyişmə məntəqələrindən verilən məlumata görə, bu gün, günün ilk yarısında alıcı və satıcılar arasında balans qeydə alınıb: "Dolların ən yaxsı alış məzənnəsi 1,56 AZN/USD, ən yaxşı satış məzənnəsi isə 1,57 AZN/USD olub". 

Maraqlıdır ki, günün ikinci yarısında bəzi məntəqələr alış məzənnəsini 1,55 AZN/USD səviyyəsinə endirib. Bu da bazarda valyutanı manata konvertasiya etmək istəyənlərin sayının nisbi artımı ilə əlaqədardır. Valyutadəyişmə məntəqələrinin əməkdaşları bazarın bir neçə gün ərzində tam sabitləşəcəyinə ümid etdiklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi