İlk xəbər saat 09:40-da verilib
Bakıda
"Report" xəbər verir ki, tədbirin məqsədi Azərbaycanda dövlət borcunun idarə edilməsi sahəsində həyata keçirilən islahatların, dövlət borcunun idarə edilməsi strategiyasının, habelə bu sahəyə verilən önəmin beynəlxalq maliyyə ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.
Üç gün davam edəcək forumda ADB-yə üzv olan ölkələrin və beynəlxalq maliyyə qurumlarının dövlət borcunun idarə edilməsi sahəsində 100-dən çox yüksək vəzifəli nümayəndələri və ekspertləri iştirak edir. Forumun gündəliyinə “Mövcud makroiqtisadi şəraitdə borcun idarə edilməsi üzrə effektiv strategiyalar”, “Borcun idarə edilməsi və monetar siyasətin effektiv əlaqələndirilməsinin əsası”, “Dövlət borcunun idarə edilməsinə nəzarət” və digər məsələləri əhatə edən sessiyalar daxildir.
Tədbirin açılışında çıxış edən maliyyə naziri