Yuxarı
    Bağlamaq

    Bakıda daşınar əmlakın yüklülüyünə həsr olunmuş regional konfrans keçirilir

    Hazırda Azərbaycanda təminat qismində çıxış edən əmlakın ¾ hissəsi daşınmaz əmlakdır

    Bakı. 31 may. REPORT.AZ/ Bakıda “Daşınar əmlakın yüklülüyü islahatı: nailiyyət və çağırışlar” mövzusunda regional konfrans işə başlayıb.

    “Report”un məlumatına görə, 2 gün davam edəcək tədbirin təşkilatçıları Azərbaycan Banklar Assosiasiyası (ABA) və Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasıdır (IFC).

    Konfransda açılış nitqi ilə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini Asim Zülfüqarov bildirib ki, danışar əmlakın yüklülüyü ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq reyestrin yaradılması ötən il təsdiq edilmiş Strateji Yol Xəritəsində öz əksini tapıb.

    “Beynəlxalq qiymətləndirməyə görə, hazırda Azərbaycanda təminat qismində çıxış edən əmlakın ¾ hissəsi daşınmaz əmlakdır. Daşınar əmlakın yüklülüyü ilə bağlı yeniliyin geniş tətbiqi Azərbaycanda kiçik və orta sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək, ölkədə kreditə əlçatanlıq səviyyəsini artıracaq”, - deyə Palata rəsmisi qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi